Ümumdünya Səhiyyə Təşkilatı bu gün Cenevrədə illik toplantısını keçirir. Tədbirin gündəliyində H1N1 donuz qripi ilə mübarizə məsələsi yer alır. Səhiyyə rəsmiləri virusun bu yeni növünə qarşı vaksinlərin istehsalı barədə müzakirələr keçirir.
Ümumdünya Səhiyyə Təşkilatı A-H1N1 donuz qripi virusuna artıq 9000-dən artıq insanın yoluxduğunu və bu xəstəliyin 40 ölkədə yayıldığını təsdiq edib. Yaponiyada 92 adamın donuz qripinə yoluxduğu bildirilir. Onların əksəriyyəti yuxarı sinif şagirdləri və kollec tələbələridir.
Nyu-Yorkda isə qripin simptomları ilə xəstəxanaya aparılan məktəb direktoru müavininin dünyasını dəyişməsi ilə ABŞ-da donuz qripindən ölənlərin sayı 6-ya yüksəlib.