Mosulda bomba hücumları iki polis zabitinin ölümülə nəticələnib

İraq polisi ölkənin şimalında yerləşən Mosul şhərində iki ayrı hücum zamanı bir polis işçisi və həbsxana zabitinin öldüyünü bildirib. Polis rəsmilərinin verdiyi məlumata görə, polis işçisi bazar günü şəhərin mərkəzində intiharçının maşına yerləşdirdiyi bomba partlayan zaman ölüb. Onlar hücum nəticəsində üç nəfərin yaralandığını bildiriblər. Bu gün polisin, silahlı şəxs həbsxana zabitini öldürdüyünü bildirib. ABŞ hərbi qüvvələri İraq hökumətilə əldə edilmiş razılığa görə, Mosul da daxil olmaqla, İraq şəhərlərindən iyun ayının sonuna qədər çıxmağı planlaşdırır.