Barak Obamanın müttəhimlərin işlərinə hərbi məhkəmələrdə baxılması qərarı tənqid edilir

İnsan hüquqları müdafiəçiləriABŞ prezidenti Barak Obamanın Quantanamo məhbəsində saxlanılan bəzi müttəhimlərin işlərinə hərbi məhkəmələrdə baxılması qərarını tənqid edir.

Amnesty İnternational qrupu prezident Obamanı əvvəllər yayarsız adlandırdığı hərbi komissiyaların araşdırılacağına dair vədlərinə əməl etmədiyində günhalandırır.

ABŞ-ın Vətəndaş Azadlıqları Birliyi hərbi tribunallarıuğursuz eksperimen adlandıraraq, terrorizmdə şübhələnilənlərin mülki məhkəmələr qarşısına çıxarılmasına çağırır.

Dünən Barak Obama hərbi komissiyaların müharibə qanunlarını pozanların mühakiməsi üçün labüd olduğunu demişdi. ABŞ dövlət başçısı Konqresin hərbi məhkəmələrin qanunlarında dəyişiklər barədə xəbərdar ediləcəyini bildirmişdi.