Rusiyanın
Çeçenistan regionunda polis rəsmiləri cümə günü iki polis zabitini qətlə
yetirən intiharçı ilə əlaqəli dörd militantı öldürüblər. Polis deyir ki, militantlar hücum
planlaşdırırdılar. Militantların üçü
Çeçen paytaxtı Qroznıda öldürülüb.
Döürdüncü militant isə Alxan-Kala kəndi yaxınlığında qətlə
yetirilib. Cümə günü intiharçı Qroznıda
özünü partladaraq iki polisi qətlə yetirmişdi.
Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış
nəticəsində əlavə beş adam yaralanıb.
Çeçenistan prezidenti Ramzan Kadırov həlak olan polisləri alqışlayaraq
onların şücaəti nəticəsində çoxlu sayda həyatların xilas edildiyini bildirib.