Vəkil Vin:"Birma müxalifət ldierinin günahı yoxdur"

Aunq San Suu Kyinin vəkili təkidlə bildirir ki, Birmanın müxalifət lideri ona qarşı qaldırılan ittihamlarda günahkar deyil. Birma hərbi hökuməti xanım Kyini gələn həftənin bazar ertəsi məhkəmə qarşısına çıxarmağa hazırlaşır. 63 yaşlı demokratiyayönümlü ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunur. Amerikalı bir nəfər gölü keçərək Aunq San Suu Kyinin evində gizlənib. Bu ittihamlar müxalifət liderinin ev dustaqlığı müddətinin başa çatmaq üzrə olduğu zaman irəli sürülüb. Vəkil Kyi Vin deyib ki, Aunq San Suu Kyi amerikalı Villiam Yettaunu evinə dəvət etməyib və ona görə də xanım Kyi bu məsələdə günahkar sayıla bilməz. Vəkilin sözlərinə görə, onun polisə məlumat verməməsinin səbəbi isə xanım Kyinin ona görə kiminsə həbs olunmasını istəmədiyi ilə əlaqədardır.