Birmanın demokratiyayönümlü lideri Aunq SAnSuu
Kyinin vəkili deyir ki, lider ev dustaqlığı cəzasını pozmaq ittihamları ilə
məhkəməyə çıxarılmaq üçün Ranqundakı həbsxanaya aparılıb. Müstəntiq Kyi Vinin
sözlərinə görə, ittihamlar son hadisədən irəli gəlib. Belə ki, amerikalı bir
nəfər gölü keçərək Aunq San Suu Kyinin evində gizlənib. Onun sözlərinə görə,
rəsmilər destruktiv elemetlərlə
onun qanunu
pozduğunu desə də, xanım Kyi ittihamları rədd edir. O, amerikalı Con Yettaunu
dəli adlandıraraq, məhdud zonaya girdiyi üçün Yettaunun ittiham edilməli
olduğunu bildirib. Məhkəmənin gələn həftənin bazar ertəsi günü keçiriləcəyi
gözlənilir və əgər ittiham sübuta yetirilsə onu 5 illik həbs cəzası gözləyir.
63 yaşlı Nobel sülh mükafatı laureatı 19 illik ev dustaqlığı cəzasının 13 ilini
artıq çəkib.