Pakistan
kommandoları Svat vadisində militantlara qarşı hücumları genişləndirdikcə döyüş
zonasından qaçan insanların sayı 1.3 milyona çatıb. Ordu sözçüsü general mayor Atar Abbas New York
Times qəzetinə bildirib ki, Talibana qarşı əməliyyat uğurla həyata keçirilir, lakin
o, detallara varmayıb. Regiondan gələn
qaçqınların həcmi göstərir ki, döyüşlər çox ağır gedir. İndiyədək hücumların əksəriyyəti havadan
edilib. Svat vadisinin şimalındakı Pioçar
kəndinə kommando hücumları isə əməliyyatlara iri sayda Pakistan əsgərlərinin
qatıldığını göstərir. Pioçar Talibanın
aparıcı səhra komandirlərindən olan Maulana Fəzlullahın istehkamı hesab olunur.
General Abbas deyir ki, hücumlar
başlanandan bəri 700 militant öldürülüb.
Lakin döyüş zonasında jurnalistlərin olmadığından rəqəmləri
dəqiqləşdirmək mümkün deyil.
Pakistanda müşahidə edilən köç Hindistanla Pakistanın 1947-ci ildə ayrılmasından bəri ən iri miqrasiya halıdır. Həmin vaxt 14 milyon adam yenicə müstəqillik qazanmış ölkələrdə yaşamaq üçün öz evlərini tərk etmişdi. Son aylarda hökumət sistematik olaraq güclənməkdə olan Taliban qüvvələrinin qarşısından geri çəkilirdi. Fevral ayında Pakistan rəsmilərinin Svat vadisində nəzarəti Talibana ötürməsi və orada Şəriətin tətbiqinə icazə verməsi şok doğuran hadisə idi. Lakin cənab Fəzlullahın rəhbərlik etdiyi militantlar bununla qane olmayaraq hökumət binalarına hücumları davam etdirdi və az sonra İslamabaddan 100 km məsafədə yerləşən Buner vilayətini ələ keçirdi. Bundan lərzəyə gələn Pakistanın siyasi elitası Amerikanın da artan təzyiqləri altında hərəkətə keçdi. Müxbirlərlə parlamentin qarşısında söhbət edən daxili işlər naziri Rehman Malik indi deyir ki, Taliban qüvvələri məğlub olmaqdadır. O, ümid etdiyini bildirib ki, tezliklə əməliyyatlar başa çatdırılacaq.
Bu arada ABŞ Konqresində Obama administrasiyasının Əfqanıstan və Pakistanla bağlı strategiyası müzakirə olunur. Washington Post qəzetinin yazdığına görə bir çox qanunvericilər regionda perspektivlərin üərkaçan olmamasından və strategiyanın mövcudsuzluğundan dərin narahatlıq keçirir. Senatorların suallarını cavablandıran ABŞ elçisi Riçard Holbruk bildirib ki, strateiya aydındır. Amerikanın maraqlarına təhlükə törədən düşməni məğlub etmək və əfqanıtsan hökumətini sabitləşdirmək. Pakistana gəldikdə isə Holbruk ölkədə demokratiyanı gücləndirmək məqsədilə mülki inkişafa və iqtisadi artıma diqqət yetirməyin vacibliyini vurğulayıb. İdaho ştatından senator Cim Riş Əfqanıstana ötən ay etdiyi səfərdən təəssüratlarını bölüşərkən regionun gələcəyi ilə bağlı bədbin olduğunu söyləyib. "Mən çox istərdim ki, bu məsələnin sonu görünsün, lakin mən kimin bunu həyata keçirmək üçün tələb olunan ağıla malik olduğunu bilmirəm. Bu, isə depressiyalı bir situasiyadır," deyə Senator Riş bildirib.