Nensi Pelosi İraqdadır

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi əvvəlcədən elan edilməyən səfərlə İraqdadır. Konqres lideri İraq rəsmiləri ilə görüşlər keçirir. Bu gün xanım Pelosi İraqın baş naziri Nuri l-Maliki ilə görüşüb. Nensi Pelosi deyib ki, hərbi vəziyyətə son qoyulduqdan sonra İraqın güclü kəşfiyyat sisteminə ehtiyacı olacaq. ABŞ-ın Nümayəndələr Palatasının spikeri bildirib ki, baş nazirlə müzakirə edilən məsələlər arasında ABŞ qüvvələrinin o ölkəni tərk etməsi də olub. Nensi Pelosi Amerikanın qüvələrin ixtisarı planına əml edəcəyini bəyan edib.

Amerikanın baçlıq etdiyi İraq müharibəsinin əleyhinə olan Nensi Pelosi son dəfə İraqda 2008-ci oldə olmuş və baş nazir Nuri Əl-Maliki ilə görüşmüşdü.

ABŞ prezidenti Barak Obama Amerika qüvvələrinin 2010-cu ilin avqust ayınadək o ölkədən çıxarılacağına vəd verir. Lakin ABŞ-la İraq arasında əldə edilən təhlükəsizlik razılığına görə, qüvvələr 2011-ci ilədək İraqda qalmalıdır. Son zamanlar İraqda zorakılqıların səviyyəsi artıb. Aprel ayı 355 iraqlının ölümü ilə bu ilin ən ağır ayı olub.