İsrail hökuməti Şərqi Qüdsdə yeni parklar və turist mərkəzləri inşa edəcək

Israilin insan hüquqları qrupu İr Amimin bildirdiyinə görə, İsrail hökuməti Şərqi Qüdsdə yeni parklar və turist mərkəzləri salmaq planı ilə həmin bölgədə mövcuduğunu möhkəmləndirmək istəyir. Müsəlmanlar, xristianlar və yəhudilərın müqəddəs abidələri yerləşən Şərqi Qüdsün görünüşünü hökumət tamamilə dəyişdirmək niyyətindədir.

İr Amim qrupu hökumətin bu planı məxfi saxladığını və heç bir açıq müzakirələrə yer vermədiyini bildirir. İsrail hökuməti isə bu planın şəhər sakinlərinin hamısının mənafeyinə xidmət edəcəyini deyir. Fələstinlilərin gələcək dövlətlərinin paytaxtı görmək istədikləri Şərqi Qüds İsrail tərəfindən 1967-ci ildə zəbt edilərək Qüds şəhərinə qatılıb.