Pakistan hərbçiləri bildirirlər ki, hərbi qüvvələr
son bir neçə gün ərzində ölkənin şimal-qərbində yerləşən Svat vadisində 140 militant
öldürüb. Hərbi qüvvələr Svat vadisində
taliban yaraqlıların mövqeyi olmasından şübhəli bilinən məntəqəni təyyarələrlə
bombardman ediblər. Əməliyyat baş nazirin
hərbi qüvvələrə regiondakı militantların qarşısını almaq barədə verdiyi
sərəncamından sonraya təsadüf edir. Bu arada
BMT-nin qaçqınlar üzrə agentliyi bildirirki, ölkənin şimal-qərb bölgəsində baş
verən döyüşlər üzündən 500 min adam evlərini tərk edib. Beləliklə qaçqınların sayı təxminən bir
milyona yüksəlib.