ABŞ dövlət katibi Hillari Klinton bü gün Dövlət Departamentində Əfqanıstan və Pakistan prezidentləri- Həmid
Karzai və Asif Əli Zərdari ilə
görüşüb.Xanım Klinton ABŞ-ın hava
hücumları nəticəsində mülki əfqanların tələfatına görətəəssüfünü bildirib.Hillari Klinton Obama administrasiyasının
mülki vətəndaşların ölümünə görə təəssüfləndiyini və hadisə ilə bağlı ABŞ və
Əfqanıstan hökumətinin birgə təhqiqat aparacağını bildirib.Əfqan prezidenti xanım Klintona təşəkkürünü
bildirərək, Amerika ilə
Əfqanıstanın bu kimi hallara yol
verilməməsi üçün birgə çalışacağına ümid bəslədiyini deyib. Pakistanın dövlət
baçısı Asif Əli Zərdarı deyib ki, terrorizm kimi bir təhlükə ortaq olduğu üçün,
onun aradan qaldırılması məsuliyyəti də ortaqdır.
ABŞ dövlət katibi Hillari
Klinton Pakistan və Əfqanıstanın
ekstremizm kimi ortaq düşmənə malik olduqlarını deyib.