ABŞ Müdafiə naziri Səudiyyə Ərəbistanındadır

ABŞ Müdafiə naziri Robert Geyts Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanındadır.Bundan öncə Pentaqon rəhbəri Qahirədə Misir prezidenti Hüsnü Mübarəklə görüş keçirib.Danışıqlar zamanı Robert Geyts cənab Mübarəkə deyib ki, ABŞ İranla münasibətlərində açıq və şəffaf olacaq və öz müttəfiqlərini prosesin gedişi ilə məlumatlandıracaq. O həmçinin deyib ki, Tehran və Vaşinqton arasında böyük sövdənin əldə ediləcəyi fikri real deyil və regionda bununla bağlı narahatlıqlara əsas yoxdur.Müdafiə nazirinin səfərinin əsas məqsədi regionda müttəfiqləri Vaşinqtonun İranla münasibətləri yaxşılaşdırmaq istiqamətində addımların ərəb dövlətləri ilə uzun müddətdur qurulmuş əlaqələrə təsir göstərməyəcəyinə əmin etməkdən ibarətdir.