Donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər

Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinin sözlərinə görə, Meksika hökumətinin xəstəliyin zirvə nöqtəsinə çatdığını və artıq azalmaqda olduğunu söyləməsinə baxmayaraq donuz qripi A-H1N1 epidemiyası daha geniş şəkildə yayıla bilər. Marqaret Çan “Financial Times” qəzetinə bildirib ki, Meksika daxilində və xaricində ölənlərin sayının azalması problemin sona çatması demək deyil. O, xəstəliyin qarşısının alınacağını ümid edir.Çan deyib ki, virus yayılmaqda davam etsə, bu, 21-ci əsrdə dünyanın üzləşdiyi ən böyük epidemiya ola bilər. Keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı donuz qripi təhlükəsi barədə xəbərdarlığı 6 dərəcəlik şkala üzrə 5-ci dərəcəyə qaldırmışdı.