Bu gün Türkiyənin kürdyönümlü əsas siyasi partiyasının üzvləri
aclıq aksiyasına başlayıb. Onlar partiya üzvlərinin həbsinə etiraz edir.
Demokratik Cəmiyyət Partiyasından olan qanunvericilər, merlər və digər üzvlər
Diyarbəkir şəhərində cadırlar quraraq, aclıq aksiyasını ictimaiyyətə nümayiş
etdirirlər. Türkiyə hüquq mühafizə orqanları yüzdən artıq adamı fəaliyyətinə
qadağa qoyulmuş Kürdüstan Fəhlə Partiyası – PKK-ya üzvlük şübhəsi ilə nəzarət
altına alıb. Demokratik Cəmiyyət Partiyasının rəhbəri Əhməd Türk bu reydləri və
həbsləri siyasi motivli və qeyri-demokratik adlandırıb.