Türkiyədə və Almaniyada 1 may nümayişləri dağıdılıb

Türkiyədə və Almaniyada polis dünən 1 may ərəfəsində keçirilən nümayişləri dağıdıb.

İstanbulun əsas meydanlarından birində polis 1 may gününü qeyd edən yüzlərlə insanı dağıtmaq üçün sudan istifadə edib.

Aksiyadan sonra bir neçə nümayişçinin saxlanıldığı bildirilir.

Ötən həftə Türkiyə parlamenti 1 may bayramının rəsmən qeyd olunmasına dair qərar qəbul edib.
Bu arada, Berlin polisinin məlumatına görə isə, 1 may günü ilə bağlı keçirilən aksiyaların dağıdılması zamanı 29 hərbçi yaralanıb.

İnsident zamanı azı 12 nəfər saxlanılıb.