ABŞ
mediası xəbər verir ki, Ali Məhkəmənin hakimi Deyvid Suter təqaüdə çıxmağı
planlaşdırır. Xəbərlərə görə Suter Ağ
Evi iyunda - məhkəmənin illik sessiyası başa çatanda - istefa vermək planları
haqda məlumatlandırıb. Suterin təqaüdə
çıxması haqda şaiyələr ötən həftələrdə dolaşmağa başlayıb. Belə ki, o, gələn il üçün özünə köməkçilər
işə götürməmişdi. Ali Məhkəmənin sözçüsü
Suterin xəbərlərə şərh verməyəcəyini bildirib. 69 yaşlı Suter 1990-cı ildə sabiq prezident Corc Buş tərəfindən Ali
Məhkəməyə nominasiya edilmişdi. O,
adətən əksər qərarlarda məhkəmənin liberal hakimləri ilə eyni mövqe tutur. Onun təqaüdə çıxması prezident Barak Obamaya Ali Məhkəməyə ilk təyinat imkanı verəcək.