Ərdoğan nazirlər kabinetində dəyişikliklər edib

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ölkənin nazirlər kabinetində dəyişikliklər olduğunu açıqlayıb.

Açıqlamaya görə, Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınc baş nazirin müavini, dövlət naziri təyin olunub.

Türkiyənin xarici işlər naziri Əli Babacanı isə baş nazirin müşaviri Əhməd Davudoğlu əvəz edib.

Türkiyənin sosial təhlükəsizlik naziri vəzifəsini bundan sonra Ömər Dinçər daşıyacaq. Yeni sənaye və ticarət naziri isə Nihat Ergündür.

Ədliyyə naziri Sadullah Ergin, təhsil naziri isə Nimət Çubukçudur.
Hilmi Güləri isə enerji və təbii ehtiyatlar naziri vəzifəsində Taner Yıldız əvəzləyəcək.

Yeni Kabinetdə hazırda vəzifə daşıyan nazirlərin bir qismi də təmsil olunub.