İspan gəmisi italyanlara basqın edən piratları yaxaladı

İspaniya hərbi gəmisi ötən həftə İtaliya laynerinə silahlı hücumda şübhəli bilinən 9 piratı yaxalayıb.

Seyşel adaları rəsmilərinin dediyinə görə, ispan hərbçilər quldurları dünən Seyşel sahillərində gözətçilik edərkən ələ keçiriblər.

Piratlar şənbə günü içərisində təxminən 1.5 min nəfərin yer aldığı İtaliyanın Melodi gəmisini girov götürməyə cəhd göstəriblər.

Melodi gəmisinin təhlükəsizlik xidmətinin əməkdaşları piratlara xəbərdarlıq atəşi açdıqdan sonra təhlükə sovuşub.