Son rəy sorğularının nəticələrinə görə, Barak Obamanın ilk qaradərili prezident kimi vəzifəsinə başlamasının 100-cü günü yaxınlaşdığı bir vaxt Afrika mənşəli amerikalılar arasında irqi münasibətlərə nikbinlik yüksək olaraq qalır.
The New York Times və CBS xəbər agentliyinin kerçidiyi
sorğuda iştirak edən 59 faiz qaradərili , 65 faiz ağ respondent bu iki irq
arasında münasibətlərin yaxşı olduğunu bildirib.
Digər bir sorğunun nəticələrinə görə, 6 ay əvvəl nikbin rəylər yalnız 29 faiz təşkil edirdi. Barak Obamanın tarixi seçkilərinə baxmayaraq, respondentlərin 51 faizi ağların ABŞ cəmiyyətində daha nailiyyətli olduğuna inanır. 44 faiz isə imkanların bərabər olduğunu düşünür.