İran rəsmiləri Roksana Saberinin aclıq elan etməsi xəbərlərini təkzib
ediblər. Onlar deyiblər ki, xanım Saberinin aclıq aksiyası barədə
xəbərlər təbliğat məqsədilə yayılıb. Jurnalistin atası dünən bildirib
ki, qızı aclıq aksiyasına görə olduqca zəifdir. Atasının sözlərinə görə
xanım Saberi aclıq aksiyasını dayandırması barədə müraciətləri rədd
edib. O, azadlığa buraxılana qədər aksiyanı davam etdirəcəyini
bildirib. İran mənşəli amerikalı jurnalist casusluq ittihamı ilə 8 il
həbsə məhkum edilməsinə etiraz olaraq bir həftə əvvəl aclıq aksiyasına
başlayıb. İranın yarı-rəsmi İSNA xəbər agentliyi prokuror Həsən Haddada
istinadən xəbər verir ki, Roksana Saberinin vəkili apelyasiya
məhkəməsinə müraciət edib.