Dünya
Səhiyyə Təşkilatının rəhbəri deyir ki, Meksika və ABŞ-da baş qaldıran donuz
qripi epidemiyaya çevrilə bilər.Təşkilatın
baş direktoru Marqaret Çan deyib ki, bu qripin epidemik potensialı var, çünki
insanlar ona yoluxur.Hələlik isə bunun baş
verəcəyini demək tezdir.Bu gün xəstəliyi
müzakirə etmək üçün fövqəladə iclas keçirilir.
Min nəfərdən çox adamın yoluxduğu və 60 adamın artıq öldüyü Mexiko
şəhərində rəsmilər məktəbləri, muzeyləri, və ictimai mərkəzləri
bağlamışlar.Səhiyyə rəsmiləri deyirlər
ki, bu qeyri adi virus donuz, insan və quş genlərini özündə cəmləşdirir.