İraq polisi deyir ki, bu gün Bağdadda iki
intiharçı hücumu nəticəsində ən azı 60 nəfər həlak olub, 100-dən çox insansa yaralanıb.
Rəsmilərin sözlərinə görə, hər iki bomba
hücumu Bağdadın Kazımiyyə məhəlləsindəki məsciddə baş verib. Dünən Bağdadda iki
terror aktı nəticəsində 78 nəfər həlak olmuşdu. Bu son bir ildə baş verən ən
ağır hücumlardan biri idi. Diyala vilayətində partlayış nəticəsində 47 nəfər
həlak olub. Onların çoxu İranlı şiə zəvvarlardır. “Associated Press” bildirir
ki, İraq hökumətinin hesablamalarına görə, 2005-ci ildən bəri 87 min iraqlı
ölüb.