ABŞ BMT-nin irqçiliyə dair konfransında iştirak etməyəcək

Birləşmiş Ştatlar sabah Cenevrədə BMT-nin irqçilik əleyhinə qatılmayacağını elan edib.Dövlət Departamentinin sözçüsü Robert Vud deyib ki, ABŞ iclasın deklariyasının mübahisəli mətninə görə təəssüf hissilə konfransı boykot edir.Vudun sözlərinə görə, bəzi düzəlişlərə baxmayaraq, deklarasiyada ABŞ-ın söz azadlığına məhdudiyyətlərlə bağlı narahatlıqları əks olunmayacaq.Bununla belə o bildirib ki, Birləşmiş Ştatlar irqçilik və ayrı-seçkiliyə son qoyulması üçün bütün xalqlar və dövlətlərlə iş aparacaq.Avstraliyanın Xarici İşlər naziri Stiven Smit bu açıqladığı bəyanatda bildirib ki, Kanberra hökuməti də konfransı boykot etmək qərarına gəlib. Belə ki, Avstraliya tədbirdən anti-semitizm də daxil olmaqla, təhqiredici baxışlar üçün platforma kimi istifadə ediləcəyindən narahatdır.