Cənubi Koreya rəsmiləri deyir ki, Şimali Koreya tərəflər
arasında görüş keçirilməsini təklif edib. Bir il əvvəl Cənubi Koreyada
mühafizəkar hökumətin hakimiyyətə gəlməsindən bəri Pxenyanlar rəsmi əlaqələr
kəsilib. Yunifikasıya Nazirliyinin mətbuat katibi Kim Ho-Nyonun sözlərinə görə, Şimali Koreya danışıqların
mövzüsunu bildirmədən Kaesonq sənaye zonasında görüşün təşkilini təklif edib.
Cənubi Koreyanın Yonhap mətbuat orqanının məlumatına görə, Seul gələn həftənin
çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan görüşə qatılacaq. Bu arada qeyd
edək ki, Cənubi Koreya ABŞ-ın Silahların Yayılmasının Qarşısının Alınması
Təşəbbüsünə qoşulmağı hələlik təxirə salıb. Bu təşəbbüs kütləvi qırğın
silahlarının yayılmasının dayandırılməsi məqsədi daşıyır.