Gürcüstan müxalifəti rəsmilərlə danışıqlar apara bilər

Gürcüstan müxalifət liderləri rəsmilərlə danışıqların mümkünlüyü məsələsini qaldırıblar, lakin yenə də prezident Mixeyl Saakaşvilinin istefasına təkid ediblər.Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniya Tbilisidə etiraz nümayişlər səkkizinci günə keçdiyi zaman rəsmilərlə danışıqlara hazırlığını bildirib.Lakin o, təkidlə deyib ki, ölkəni hazırkı siyasi böhrandan çıxarmaq üçün yenidən prezident seçkilərinin keçirilməsi yeganə həll yoludur.Alasaniya bunları keçən həftə on minlərlə insanın iştirak etdiyi nümayiş iştirakçılarının sayının cəmi bir neçə minə düşdüyü vaxt bildiirb. Müxalifət liderləri nümayişlərin sayının azalmasını bazar günü pravoslav xristianların pasxa bayramının yaxınlaşması ilə izah edib, gələn həftə yenə də irimiqyaslınümayişlərin olacağını deyirlər.