İraqda təhlükəsizlik qüvvələrinə qarşı hücumlar artmaqdadır

İraq ordusu rəsmilərinin bildirdiyinə görə, bu gün intiharçının ölkənin qərbindəki Ənbar vilayətinin Habaniyyə şəhərindəki hərbi bazada həyata keçirdiyi bomba hücumu 16 əsgərin ölümünə səbəb olub. Son günlər İraqdakı təhlükəsizlik qüvvələrinə hücumların artdığı bildirilir. Dünən Kərkük şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsindəazı 10 təhlükəsizlik işçisinin qətlə yetirildiyi bildirilmişdi. Keçən həftə isə Mosulda həyata keçirilən hücumlar zamanı iki polis işçisinin və 5 ABŞ əsgərinin öldürüldüyü xəbər verilmişdi.