Somali sahillərində dəniz quldurlarıınn
hücumundan xilas olan ABŞ-ın karqo gəmisi Keniyanın Mombasa şəhərinə istiqamət
alıb. “Hürriyyət Günəşi” adlı gəmi dünən hücum cəhdinə məruz qalandan sonra ABŞ
Hərbi Dəniz nəzarəti altına keçib. Gəminin amerikalı sahibi deyib ki, vessel
qumbaraatanlar və avtomat silahlardan açılan atəş nəticəsində zədələr alsa da,
hücum nəticəsində xəsarət alan olmayıb. Ekipaj üzvləri deyir ki, hücum zamanı
onlar mühərrik otağında mühafizə olunublar. ABŞ ordu rəsmilərinin sözlərinə
görə, dağıdıcı USS Bainbridge gəmisi yardım üçün “Hürriyyət Günəşi”nə doğru
istiqamət alıb və indi onu xilas edə bilib. Həmin dağıdıcı bazaar günü ABŞ gəmi
kapitanı Riçard Filipsin xilas olunmasında iştirak etmişdi. Əməliyyat
nəticəsində Amerika dəniz qüvvələri 3 dəniz quldurunu öldürmüş, birini isə əsir
götürmüşdü.