İsrailin Baş naziri Bencamin Netanyahu Fələstin prezidenti Mahmud Abbasa yaxən gələcəkdə onunla slüh danışıqları aparacağına ümid bəslədiyini deyib. Baş nazirin ofisinin açıqldığı bəyanata əsasən, cənab Abbas cənab Netanyahuya yəhudilərin pasxa bayramı münasibətilə təbriklərini çatdırmaq üçün ona zəng etmişdir. Baş naziri ofisindən bildirilir ki, cənab Netanyahu iki lider arasında əvvəlki əməkdaşlıq və müzakirələrdən danışmış və cənab Abbasa gələcəkdə də eyni danışıqlar aparmaq istədiyini demişdir. Bu, İsrail və Fələstin liderləri arasında cənab Netanyahunun baş nazir seçilməsindən sonra baş verən ilk danışıqlardır. Baş nazir Netanyahunun ofisi telefon söhbətinin səmimi və xoş tonda keçdiyini bəyan edib. İki lider arasında gələcək danışıqların vaxtı müzakirə edilməyib.