Şimali Koreya lideri özünə müvəqqəti xələf hazırlayır

Şimal Koreya prezidenti Kim Conq İl qaynı Canq Sonq Taeki Milli Müdafiə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib. Taekin prezidentin xələfi olacağı barədə şayiələr gəzir. Təyinat Canqın qeyri-rəsmi olaraq cənab Kimin ikinci vəzifəli adamı olduğunu təsdiqləyir. Analitiklər deyir ki, 63 yaşlı Canq Kim Conq İl qəflətən öldüyü təqdirdə hakimiyyətə keçəcək. Onların sözlərinə görə, Canqın rolu hamiyyətin keçidini həyata keçirməkdən və cənab Kimin 3 oğlundan birinin hakimiyyətə gəlməsinə kömək etməkdən ibarət olacaq.