Kuba prezidenti Raul Kastro dünən ABŞ Nümayəndələr
Palatasının bir qrup üzvü ilə görüşüb. Görüşü yayımlayan Kuba dövlət telekanalı
toplantı barədə ətraflı məlumat verməyib. Ancaq nümayəndə heyətinə rəhbərlik edən
Konqresin qadın üzvü Barbara Linin ofisi bildirib ki, görüşün məqsədi ölkələr
arasında ikitərəfli münasibətləri, ticarət və mədəni mübadiləni müzakirə etmək
olub. Ağ Evin veteran müşaviri Cefri Davidovun sözlərinə görə, ABŞ-ın Kuba
siyasətini yenidən nəzərdən keçirmək səyləri çərçivəsində prezident Barak Obama
tezliklə Kubaya maliyyə və səyahət məhdudiyyətlərini azaldacaq. Davidov deyib ki, bu dəyişiklik hətta gələn
həftə Trinidad-Tobaqoda Amerika qitəsi sammiti öncəsi baş verə bilər.