İtaliyanın Mülki Müdafiə rəsmiləri bazaar ertəsi
günü baş verən zəlzələ nəticəsində 207 nəfərin öldüyünü, 1500 adamın
yaralandığını və minlərlə insanın evsiz qaldığını bildirir. Dağıntılar paytaxt
Romadan 100 kilometr cənubda baş verib. Xilasetmə işçiləri bir gündən artıqdır
ki, dağıntılar altında qalanları çıxarmağa çalışır. Bəzi insanlar evlərini və bütün mülklərini
itirməsinə baxmayaraq sağ qalmaqlarına seviniblər. Rəsmilər deyir ki, ən azı 15
nəfərin axtarışı hələ də davam edir. İtaliya baş naziri Silvio Berluskoni heç
kimin unudulmayacağını deyib. O, planlaşdırılmış Rusiya səfərini təxirə salıb
və Abruzzo regionunda fövqəladə vəziyyət elan edib. Abruzzo ciddi dağıntılara məruz qalan
şəhərlərdən biridir.