ABŞ prezidenti Barak Obama dünya ictimaiyyətini Şimali Koreyanın BMT qətnamələrinə məhəl qoymayaraq, havaya raket buraxmasıdan sonra bu ölkəyə qarşı təcili tədbirlər görməyə çağırıb.
Praqada bəyanat verən cənab Obama bildirib ki, Şimali Koreya fəzaya uzaq mənzilli məqsədlərlə istifadə oluna bilən raket buraxmaqla qanunları pozub.
Obama bunu “provokasiya” adlandırıb və buna cavab verilməsini vacib sayıb.
Şimali Koreya orbitə peyk göndərməsinin dinc məqsədli proqramının bir hissəsi olduğunu bildirir.
Lakin ABŞ hərbçiləri orbitə heç bir obyektin daxil olmadığını, raketin bir hissəsinin Yapon dənizinə, qalanının isə Sakit Okeanına düşdüyünü bildirirlər.