Fələstin lideri Mahmud Abbas İraq rəsmiləri ilə Bağdadda danışıqlar aparıb. O, İraq liderlərinin o ölkədə sığınacaq tapan minlərlə fələstinli qaçqının müdafiəsinə vəd verdiklərini bildirib.
Cənab Abbas prezident Cəlal Tələbani və baş nazir Nuri əl-Maliki ilə görüşüb.
Liderlərin iki ölkə arasındakı münasibətlərin təkmilləşdirilməsi məsələsini də müzakirə ediblər.
Bu, Fələstin liderinin 2003-cü ildə Səddam Hüseynin Amerika qüvvələri tərəfindən devrilməsindən sonra İraqa ilk səfəridir.
İraqda on bir mindən artıq fələstinli qaçqın yaşayır.