Avropada seçkilər

Bu gün Moldovada keçirilən parlament seçkilərində prezident Vladimir Veroninin Kommunist partiyasının qalib gələcəyi gözlənilir. 2.4 milyon səsvermə hüququna malik olan insan parlamentin 101 üzvunü seçməlidir. Avropanın ən yoxsul ölkəsi olan Moldova seçkilərini 3000 müşahidəçi monitorinq edir.

Bu gün Makedoniyada da prezident seçkilərinin ikinci raundu keçirilir. Ölkənin ən böyük partiyası-VMRO-DPMNE-nin mühafizəkar üzvü Qjorqje İvanov iki həftə əvvəl keçirilən seçkilərin birinci raundunda önə çıxmışdı.

Dünən slovaklar İvan Qasparoviçi yenidən prezident seçiblər.