Svazilenddə Cənubi Afrika ölkələrinin liderləri görüş keçirib

Cənubi Afrika ölkələrinin liderləri Madaqaskarda siyasi böhran və Zimbabvenin iqtisadi dirçəlişi yollarını müzakirə edib. Bir günlük Svazilend sammitində çıxış edən Svazi kralı Msvati Zimbabvedə hakimiyyət bölgüsünün regional liderlər tərəfindən alqşılandığını deyib. Kral Zimbabvenin iqtisadi dirçəliş üçün 2 milyard dollarıq müraciətini təqdir edib. Msvati Qərb ölkələrini Zimbabve prezidenti Robert Muqabeyə qarşə sanksiyaların ləğvinə çağıracağını bildirib. Madaqaskara gəldikdə isə kral ölkədəki hakimiyyət dəyişikliyini qeyri-konstitusional adlandıraraq, bunun təməl prinsiplərinə zidd olduğunu və Cənubi Afrikanın inkişafına təhlükə törətdiyini deyib.