ABŞ prezidenti Barak Obama Pakistan-Əfqanıstan
sərhədində yaraqlılarla mübarizəni nəzərdə tutan yeni strategiyanın bir hissəsi
kimi Pakistana qoşun göndərilməsini istisna edib. Bu gün CBS telekanalına
müsahibəsi zamanı prezident deyib ki, Pakistan suveren dövlətdir və ABŞ
İslamabadla Əl-Qaidə əleyhinə birgə işləməlidir. Cənab Obamanın sözlərinə görə,
strategiyaya əsasən, Amerika qüvvələri Pakistan hökuməti ilə
məsləhətləşmələrdən sonra Pakistandakı terrorçu hədəflərini təqib edəcək.
Prezident habelə deyib ki, o, Pakistana Əfqanıstan sərhədində yaraqlıların
sığınacaqlarının məhv etmək seçimi verəcək.