Kəskin
soyuq hava ABŞ mərkəzi iki şəhərini təhlükə altına alan daşqın sularının
axınını yavaşıdıb. ABŞ Milli Hava
Xidməti Qırmızı çayın səviyyəsinin qalxacağını proqnozlaşdırır. Onlar suların 13 metr hündürlüyə çatacağı barədə xəbərdarlıq edir. Çayın səviyyəsi
artıq rekord yüksəkliyə çatıb ki, bu da Minnesotada Murhed, Şimali Dakotada isə
Farqo şəhərlərini suya qərq olmaq təhlükəsi ilə üzləşdirir. Könüllülər və təcili yardım işçilərinin
köməyi ilə şəhərlərdə daşqın əleyhinə tədbirlər görülür. Ən azı 1,700 Milli Qvardiya əsgəri ərazidə
patrul çəkir və su bəndlərinin möhkəmliyini yoxlayır. Minlərlə sakin daha yüksək ərazilərə
evakuasiya edilib.