ABŞ İran liderləri ilə təmas qurmağa çalışacaq

ABŞ vəziyyətin mürəkkəbliyinə baxmayaraq, İran liderləri ilə təmas qurmağa çalışacaq. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Amerika maneələrin olacağını bilir, lakin İranın regionda və Əfqanıstanda sabitliyin bərqərar edilməsində konstruktiv rol oynayacağından əmindir.

ABŞ dövlət katibinin dedikləri İran diplomatlarının NATO nümayəndələri ilə müzakirələr keçirdiyi vaxta təsadüf edir. Bu əlaqərələr son 30 ildə Tehranla alyans arasında ilk birbaşa təmasdır. Görüş barədə məlumat əldə ediıməyib. Lakin NATO sözcüsü Amerikanın səsinə görüşün Brüsseldə keçirildiyini deyib.

İran isə gələn həftə BMT-nin sponsorluğu ilə keçiriləcək Əfqanıstan konfransında iştirak edəcəyini təsdiq edib. Hillari Klinton bu ayın əvvəllərində İranın da konfransa dəvət ediləcəyini bildirmişdi.