Rusiya, Çin və Orta Asiya
dövlətlərinin nümayəndələri Moskvada
görüşüb, Əfqanıstan məsələsini müzakirə edir. Şanxay Əməkdaşlıq Təşkilatının
keçirdiyi bu toplantı əfqan strategiyasınınmüəyyənləşdirilməsində Asiyanın maraqlarının da nəzərə alınmasına siqnal
mahiyyəti daşıyır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün bəyanatla
çıxış edərək, Moskvanın Əfqanıstanda
sabitliyin bərqərar edilməsi səylərinə qoşulmağa hazır olduğunu bildirib. Şanxay
Əməkdaşlıq Təşkilatına Rusiya, Çin,Qazaxıstan, Tacikistan, Qırğızıstan və
Özbəkistanüzvdür. Təşkilatın
konfransında İran və Rusiya nümayəndələri, habelə BMT-nin baş katibi də iştirak
edir.