Metyu Brayza Gürcüstanda müxalif liderlər və rəsmilərlə görüşür

ABŞ diplomatı gələn ay Gürcüstan prezidenti Mixail Saakaşvili əleyhinə keçiriləcək etiraz aksiyasından əvvəl müxalifət liderləri və hökumət rəsmiləri ilə görüşüb. Birləşmiş Ştatlar dövlət katibinin yardımçısı Metyu Brayza dünən axşam müxalifət liderləri Nino Burcanadze və İrakli Alasania ilə görüşüb. O habelə, xarici işlər nazirinin müavini Qiqa Bokeria ilə görüşüb. Görüşlər 10 müxalifət üzvünün qeyri-qanuni silah saxlamaq ittihamı ilə həbs edilməsindən 2 gün sonra keçirilib. Hökumət müxalifəti aprelin 9-da keçiriləcək mitinq zamanı zorakılıqlar planlaşdırmaqda ittiham edir. Burcanadze və digər müxalifət nümayəndələri bu iddianı rədd edir. Rəsmilər isə iddianı təsdiq etmək üçün hətta video-lentlər nümayiş etdiriblər. Həmin video-lent yazısında Burcabadzenin partiyasının bir üzvü vətəndaş müharibəsinin müxalifətin xeyrinə olacağını deyir. Xanım Burcanadze isə həmin şəxsin partiyanın adından danışmaq səlahiyyəti olmadığını söyləyib.