Birləşmiş Ştatların Dövlət Departamentinin dünya ölkələrində insan
hüquqlarnın vəziyyətinə dair illik hesabatına əsasən, 2008-ci
ildəRusiya Federasiyasında insan hüquqları sahəsində ciddi problemlər
və pozuntular müşahidə edilib.
Buna baxmayaraq, Rusiya daxilində
bəzi vətəndaş cəmiyyətləri təşkilatları ölkədə insan hüquqlarının
pozulması hallarına diqqət verilməsi istiqamətində iş aparır.Belə
təşkilatlardan biri qeyri-hökumət təşkilatı olan “Ananın haqqı”
fondudur. Fond ictimaiyyətin diqqətini Rusiya ordusunda sülh dövründə
ölümlərə çəkir və həlak olanların ailələrinə mənəvi və hüquqi dəstək
verir.Bu ayın əvvəli Dövlət katibi Hillari Klinton “Ananın haqqı”
fondunun təsisçisi və rəhbəri Veronika Marçenkoya 2009-cu il Beynəlxalq
Qadın mükafatını təqdim edib.
“Biz onun hərbi xidmətdə
həyatlarını itirmiş Rusiya ordusuna çağırılan gənclərin ailələri üçün
ədaləti bərpa etmək işində liderliyinəhörmətimizi ifadə edirik. Onun
həqiqət axtarışı, Rusiya ordusunda xidmət edənlər üçün insan haqları
sahəsində vəziyyətin yaxşılaşdırılmasına çalışması və əvvəllər heç
zaman, heç zaman heç kəsin qaldırmadığı suallara cavab tapmaq üçün
orduda xidmət etmiş insanlar və onların ailələrini bir araya gətirmək
səylərinə hörmət göstəririk.Çox sağ olun.”
Birləşmiş Ştatlar və
digər suveren dövlətlər bütün vətəndaşlar üçün universal insan
hüquqları və azadlıqlara hörmət etmək kimi vəzifədaşıyır, bütün
vətəndaşlarsa bu vəzifələr yerinə yetirilməyəndə bunun haqda danışmaq
kimi bir məsuliyyət daşıyır.