Hilllari Klinton iki günlük Meksika səfərini başa vurub  

ABŞ dövlət katibi Hilllari Klinton iki günlük Meksika səfərini başa vurub. Xanım Klinton Meksika prezidenti Filipe Kalderon və xarici işlər naziri Patrisia Espinoza ilə görüşüb. Hillari Klintonun səfərinin məqsədi Meksikanın sabitliyinə hədə törədən narkotik maddə qaçaqmalçılığı ilə mübarizəyə yardım göstərilməsidir. ABŞ dövlət katibi deyib ki, kartellərin yol verdiyi zorakılqıların məsuliyyətini Amerika da daşıyır. Çünki nakotik maddələr və qanunsuz silahlara olan tələbat Meksikada narkotika müharibələrini daha da qızışdırır-deyə o bildirib.

ABŞ prezidenti Barak Obama Meksika sərhədlərində narkotiklərlə bağlı zorakılıqların qarşısının alınması üçün Amerikanın daha artıq iş görməsinin vacibliyini vurğulayıb. Xanım Klintonun Meksika səfəri Obama administrasiyasının narkotik maddə, silah və qanunsuz pul qaçaqmalçılığı ilə mübarizə məqsədi ilə sərhədyanı regiona əlavə federal agentlər, ekspertlər və təchizat göndərilməsinə dair yeni plan açıqlamasından bir gün sonra baş tutub. Plana əsasən Amerika Meksikaya 700 milyon dollar məbləğində yardım göstərməlidir. Obama administrasiyası sərhədlərin mühafizəsini iki dəfə gücləndirməyi planlaşdırır.