Vaşinqton maliyyə böhranından çıxmaq üçün daha geniş imkanlar axtarır

ABŞ-ın Maliyyə naziri Timoti Qeytner və Mərkəzi Bankın direktoru Ben Bernanke bu gün Konqresdə dinləmələr zamanı bildiriblər ki, maliyyə böhranından çıxmaq üçün onlara daha artıq imkanlar lazımdır. Qeytner və Bernanke qanunvericilərin maliyyə böhranının həlli və AİG sığorta şirkətinin icraedici direktorlarının böyük imtiyazlarla bağlı suallarını cavablandırıblar. Hökumət tənəzülldə olan banklara nəzarəti artıq öz əlinə alaraq, bankların etibarsız vəsaitlərini alıb, etibarlı vəsaitləri rəqib banklara satıb.

Nəhəng sığörta və investisiya şirkətləri üçün eyni həll yolu hökumətin maliyyə fəaliyyətlərinə nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlı islahatların bir hissəsidir. Mərkəzi Bankın direktoru Ben Bernanke deyib ki, AİG kimi nəhəng şirkətin süqutu qlobal maliyyə sisteminin çökməsinə gətirib çıxara bilər ki, bu da hazırkı vəziyyəti daha da ağırlaşdırardı.