Dövlət Departamenti: prezident Obamanın  Novruz təbriki İranla münasibətləri yaxşılaşdırmaq istiqamətində səylərdən biridir

Dünən Novruz bayramı münasibətilə video müraciəti zamanı ABŞ prezidenti Barak Obama Amerikanın tərəfdaşlıq və ticarət sahələrində İranla əlaqələrə yeni başlanğıc verilməsini istədiyini deyib. İranın Ali dini rəhbəri Ayətullah Xamenei ABŞ prezidentinin çağırışını sadəcə şüar adlandırsa da, ölkəsi ilə Amerika arasında münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyü məsələsini açıq saxlayıb.

ABŞ Dövlət Departamentinin rəsmiləri bildirir ki, prezident Obamanın Novruz mesajı administrayanın İranla daha yaxşı münasibətlər yaratmaq istiqamətində planlaşdırıdığı addımların biridir. Rəsmilər İranın da və otuz ildir aralarında diplomatik münasibət olmayan iki ölkənin real dialoqa açıq olduğuna dair Amerikanın mesajına eyni tonda cavab verəcəyinə ümid etdiklərini deyiblər. Dövlət Departamentində brifinq zamanı mətbuat katibi vəzifəsini icra edən Robert Vud bildirib ki, prezidentin mesajında əsas məqam ondan ibarətdir ki, ciddi fikir ayrılıqlarına baxmayaraq, Obama administrasiyası Tehranla müxtəlif məsələləri həll etmək üçün diplomatiya kursunu sadiq qalır.

Robert Vud qeyd edib ki, proses hələ başlanığc mərhələsindədir və təmkinli olmağa çağırıb.

“Proses başlanğıc mərhələsindədir.Prezident İranla diplomatiya yolu ilə məsələləri həll eədəcyini aydın bildirib. Biz bunu etmək niyyətindəyik.İranlıların buna necə cavab vermək istədiyi onlardan asılıdır. Lakin mən onu da qeyd etmək istəyirəm ki, bizi ayıran bir sıra çox mürəkkəb məsələlər var.Prezidentin də dediyi odur ki, biz İranla bu fikir ayrılıqlarını həll etmək üçün işləmək istəyirik.Biz işləri diplomatiya yolu ilə görmək istəyirik. Qalanı isə İrandan asılı olacaq.”

Vud bildirib ki, İranla münasibətlərdə problemli məsələləri İranın İsral və regionun digər ölkələrinə qarşı təhdidləri, habelə nüvə proqramıdır.ABŞ rəsmiləri Tehranın nüvə proqramının dinc mahiyyət daşıdığını bildirməsinə baxmayaraq, onun silah istehsalı ilə əlaqədar olduğuna inanır.Administrasiya prezident Obamanın hakimiyyətə gəldikdən bir qədər sonra İran "yumruğunu açsa, ona dost əlini uzatmağa" hazır olduğunu bildirməsinə dəstək kimi İrana münasibətdə siyasətin nəzərdən keçirilməsinə davam edir.

Dövlət katibi Hillari Klinton İranın bu ayın sonu Haaqada Əfqanıstana dair konfransda İranın nazirlər səviyyəsində qatıla bilməsini alqışlayıb.Bununla belə, ABŞ Dövlət katibinin İran nümayəndələrilə orada formal görüşü nəzərdə tutulmayıb.

Dövlət Departamenti Moskvada İranın da iştirak etdiyi Şanxay Əməkdşalıq qrupu çərçivəsində Əfqanıstana dair daha bir görüşə yüksək səviyyəli diplomatın göndərildiyini təsdiq edib.