ABŞ prezidenti 3.6 trilyon doollarlıq büdcənin detallarını açıqlayır

ABŞ prezidenti Barak Obama deyib ki, onun təklif etdiyi 3.6 trilyon dollarlıq büdcə ölkənin gələcyi üçün iqtisadi plandır. Cənab Obama həftəlik radio müraciətində bildirib ki, bu təklif enerji, təhsil və səhiyyə sisteminə investisiya çağırır və bu da "real və davamlı rifaha" gətirib çıxaracaq. ABŞ prezidenti həmçinin deyib ki, bu büdcə onun hakimiyyətdə olduğu müddətin sonuna qədər defisitə son qoyacaq. Respublikaçıların həftəlik müraciəti zamanı Missisipi ştatının qubernatoru Heyli Barbur büdcə təklifini tənqid edərək deyib ki, burada xərclər, vergilər və borclar çox yüksək səviyyədədir. ABŞ-ın büdcə ekspertləri bildiriblər ki, prezidentin təklif etdiyi büdcə gələn 10 il ərzində 9.3 trilyon dollar məbləğində çatışmazlığa gətirib çıxaracaq.