Azərbaycanda referendum keçirilir

Beynəlxalq çağırışlara və tənqidlərə məhəl qoymayaraq Azərbaycan hökuməti bu gün ölkədə konstitusiya üzərində referendum keçirir. Vətəndaşlar prezidentlik dönəminə qoyulan məhdudiyyəti aradan qaldıracaq müddəa daxil olmaqla 29 dəyişiklik və əlavə üzərində səs verirlər. Siyasi analistlər bildirir ki, konstitutsiya dəyişikliyi Prezidenti İlham Əliyevə ömürlük hakimiyyətdə qalmaq imkanı verəcək. Azərbaycan müxalifəti referendumun baykotuna çağırıb. Bu həftənin əvvəlində Avropa Şurası rəsmi Bakını referendumu təxirə salmağa çağırmışdı. Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallef deyib ki, əlavə və dəyişikliklər təsdiq edilsə, Azərbaycan Avropa demokratiya standarlarına cavab verməyən konstitusiyası ilə çətin vəziyyətə düşəcək.