İrandakı
mənbələrin məlumatına görə, 5 il əvvəl Azərbaycanın Miyandab-Qoşaçay şəhərində
yerləşən “Üç Təpə” kəndində, İranın təhlükəsizlik qüvvələri ilə yerli sakinlər
arasında baş vermiş silahlı toqquşmalar zamanı həbs olunaraq haqqında ölüm hokum çıxarılan Yunus Ağayanın
hər an edam oluna biləcəyi gözlənilir.
Bir sıra hüquq
müdafiə təşkilatları Yunus Ağayanın edamına mane olmaq üçün imza kampaniyasına
başlayıb. Qısa müddət öncə eyni işlə bağlı Mehdi Qasımzadənin dar ağacında
asılaraq edam edilməsi ikinci haqda verilmiş oxşar qərarın icra oluna biləcəyi
ilə bağlı narahatlıqların dərinləşməsinə səbəb olub.
"Yunus Ağayanı Edam Etməyin!" adlı kampaniyaya
qoşulan fərdlər və qrupların bildirdiyinə görə, İslamın "Əliallahi" təriqətinə
inanan "Üç təpə" kəndinin sakinləri öz dini etiqadlarına görə basqılara məruz
qalırlar. Həmin mənbələrin bildirildiyinə görə, bundan öncə edam olunan Mehdi
Qasımzadə və hər an edamı gözlənillən Yunus Ağayan yalnız şəxsi etiqadlarına
görə ölüm hökmü ilə qarşılaşıb.
Qeyd edək ki, 5 il əvvəl "Üç Təpə" kəndində baş vermiş silahlı toqquşmalar zamanı bir
polis zabiti qətlə yetirilmişdi. İşlə bağlı həbs olunan daha 3 kənd sakini isə 13 illik həbslərə məhkum edilib.