Yaponiya və Cənubi Koreya Pxenyana xəbərdarlıq edir

Yaponiya və Cənubi Koreya xəbərdarlıq ediblər ki, əgər Şimali Koreya aprelin əvvəlində raket uçuşunu sınaqdan keçirsə onda bu ölkə beynəlxalq sanksiyalarla üzləşəcək. Cümə günü Cənubi Koreya xarici işlər nazirliyi Pxenyana xəbərdarlıq edib ki, belə bir addım BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə ballistik mərmi texnologiyasının inkişafına qoyduğu qadağanı pozmuş olacaq. Nazirlik sınağın məsləhətləşmələrə və əks-ölçülərə yol açacağını bəyan edib. Şimali Koreya beynəlxalq agentliklərə məlumat verib ki, aprelin 4-ü ilə 8-i arası səmaya kommunikasiya peyki buraxacaq. Lakin ABŞ, Cənubi Koreya və başqaları bunun uzaqmənzilli ballistik raket sınağı olduğunu bildirir. Yaponiyanın baş kabinet katibi Takeo Kavamura bəyan edib ki, əgər mərmi onun ölkəsinə çox yaxınlaşsa Yaponiya özünü müdafiə edəcək.