Bağdad məhkəməsi ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atan jurnalisti xarici dövlət başçısına təhqir ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edib. 15 ilədək həbs cəzası qarşısında olan Müntəzir Əl-Zəidi günahkar olmadığını bildirib. Keçən ay jurnalistin məhkəməsi dekabr ayında baş verən insident zamanı Corc Buşun səfərinin rəsmi olub-olmamasının müəyyən edilməsi məqsədi ilə təxirə salınmışdı. Müntəzir Əl-Zəidi ABŞ-ın sabiq prezidentinin İraqın baş naziri Nuri Əl-Maliki ilə birgə mətbuat konfransında Corc Buşa ayaqqabı atdığı andan nəzarət altında idi.