Azərbaycan müxalifəti referendumu boykot edir

Azərbaycan müxalifəti Prezidenti İlham Əliyevə ömürlük hakimiyyətdə qalmaq imkanı verəcək referendumu boykot etməyə çağırıb. Martın 18-də keçiriləcək referendumda seçicilər prezidentlik dönəminə qoyulan məhdudiyyətin aradan qaldırılmasına səs verəcəklər. Azərbaycan rəsmiləri müxalifətin çağırışını əhəmiyyətsiz hesab edir. Prezidentin tənqidçiləri deyirlər ki, bu referendum vasitəsilə İlham Əliyev faktiki ömürlük prezident olacaq. Müxalifət həmçinin Avropa Birliyi və ABŞ-ı Azərbaycanın enerji mənbələrinə çıxışı əldə saxlamaq üçün Əliyev hökumətinin siyasi və media məhdudiyyətlərinə göz yummaqda günahlandırır.